İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəki sakini yaşadığı evin vanna otağında yanıq xəsarətləri alıb

564 10.09.2018 05:15 Hadisə A A
 
Şəki şəhər sakini yaşadığı evin vanna otağında yanıq xəsarətləri alıb.

Musavat.com report-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Şəki şəhəri, N.Nərmanov küçəsi, ev-10 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Hüseynov Tural Tahir oğlu yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Şəki MRX-dən “Report”a bildirlib ki, müayinə zamanı Tural Hüseynovun yaşadığı evin vanna otağında suqızdırıcını işə salan zaman yanıq xəsarətləri alması məlum olub.

Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Tural Hüseynova üz, boyun, sinə və sağ bazu nahiyələrinin I-II dərəcəli termiki yanıq xəsarətləri dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR