İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubada iki avtomobil toqquşub, xəsarət alanlar var

565 10.09.2018 20:37 Hadisə A A

Quba rayonunda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunun rayonun Rostov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Daewoo Nexia" və "Renaut" markalı minik avtomobilləri toqquşub. Nəticədə birinci maşının sürücüsü - Qubanın Afurca kəndinin sakini, 1963-cü il təvəllüdlü Namiq Nəsrulla oğlu Siracov, həmçinin ikinci avtomobilin sürücüsü, 1954-cü il təvəllüdlü Hikmət Nəsirov və onun nəvəsi, 2002-ci il təvəllüdlü Rostov kənd sakini Aytac Ramil qızı Nəsirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR