İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qraparak”: Paşinyanın Rusiya səfəri və bir sıra addımları Qərbdə anlaşılmazlıqla qarşılanıb

1560 12.09.2018 12:23 Siyasət A A

“Tramp-Paşinyan görüşü baş tutmayacaq”

“Baş nazir Nikol Paşinyanın Rusiya səfəri və bir sıra addımları Qərbin təəccübünə səbəb olub. Birləşmiş Ştatlar isə Suriyaya “himanitar ordu” göndərilməsində heç bir məna görmür. Bundan başqa, ABŞ Ermənistandakı bioloji laboratoriyalarla bağlı Paşinyanın aldığı qərar barədə əvvəlcədən onlara məlumat verilmədiyini bildirir”.

Musavat.com xəbər verir ki, bu məlumat Ermənistanın “Qraparak” qəzetində gedib.

Xatırladaq ki, Paşinyan Rusiya ekspertlərinin bəhs edilən laboratoriyalara buraxılması barədə şəxsən özünün sərəncam verdiyini söyləyib. “Mən baş nazir olandan bəri Rusiya mütəxəssislərinə heç bir maneçilik törədilməyib və törədilə də bilməz”,-Nikol Paşinyan bəyan edib.

ABŞ tərəfi isə öz növbəsində belə məsələlərdə heç olmasa etika xətrinə paritet gözlənilməsini, amerikalı ekspertlərə də eyni tərzdə rusların laboratoriyalarına daxil olmaq imkanın verilməsinin vacib olduğunu bildiriblər.

“Bizdə olan məlumata görə bütün bunlaırn nəticəsi olaraq sentyabrda nəzərdə tutulan Tramp-Paşinyan görüşü alınmayacaq”,-“Qraparak”ın məqaləsində qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR