İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev və xanımı "Formula-1" qaliblərini mükafatlandırdı - FOTOLAR

5999 29.04.2018 18:18 Formula #1 A A

Formula 1 üzrə dünya çempionatının sayca 4-cü mərhələsi olan Azərbaycan Qran Prisinin final yarışı başa çatıb.

“Formula 1” üzrə Azərbaycan Qran Prisinin qalibləri müəyyənləşib.

Musavat.com xəbər verir ki, Azərbaycan Qran Prisinin final yarışında ("Mercedes" komandası )Lyuis Hamilton birinci, Kimi Raykonnen, ("Ferrari") ikinci, Serxio Peres ("Force India") üçüncü olub.

Qaliblərə Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və gənclər və idman naziri Azad Rəhimov tərəfindən mükafatları təqdim edilib. Mərasimdə həmçinin Azərbaycan Avtomobil Federasiyasının rəhbəri Anar Ələkbərov da iştirak edib.

Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometr, ümumi məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkiardonun qələbəsi ilə başa çatıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR