İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan İrəvandakı “Rusiya adamlarını” rahat buraxacaq

2463 11.09.2018 09:40 Siyasət A A

Politoloqa görə, bu proses uzun çəkməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan 8 sentyabrda Rusiyaya səfər etdi və bu ölkənin prezidenti Valdimir Putinlə görüşdü. Bu səfərdən öncə xəbər yayılmışdı ki, Rusiyaya Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryanın vəzifələrindən uzaqlaşdırılmasını tələb edir. Ermənistan mediasının yazdığına görə, baş nazir Nikol Paşinyanın həyata keçirdiyi kadr siyasəti ciddi problemlə üzləşib.

Ermənistanda hakimiyyətdə təmsil olunan bəzi məmurlar Rusiya üçün qəbuledilməzdir. Onlar uzun illər boyu Rusiyaya, onun hakim elitasının ünvanına təhqiredici çıxışlar edənlərdir. Belə əsas fiqurlardan biri Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, o biri isə Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryandır. Rusiya onların hakimiyyətdə təmsil olunmalarını arzu etmir və bu şəxslərin vəzifədən uzaqlaşdırılmasını açıq şəkildə rəsmi İrəvana bildirib. Rusiya həmin şəxslərə etibar etmədiyini də Ermənistanın hökumət başçısının diqqətinə çatdırıb.

Məlumatlarda həmçinin deyilirdi ki, Ermənistandakı keçmiş hakimiyyətin rusiyayönümlü təmsilçilərinin Paşinyan iqtidarı tərəfindən sıxışdırılması, onlara cinayət işi açılması da Moskvanı narahat edir. Paşinyanın səfərində bu məsələlər də müzakirə oluna bilər.
Paşinyanın səfəri artıq arxada qalıb. Bəs bundan sonra Ermənistandakı rusiyayönlü siyasətçilərin, köhnə komandanın aqibətinin necə olacağı gözlənilir? Bu səfər Paşinyanın onları rahat buraxmasına səbəb ola bilərmi?

Картинки по запросу Politoloq Əhəd Məmmədli

Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın Moskva səfərindən sonra İrəvanda rusyönümlü siyasətçilər müvəqqəti də olsa rahat buraxıla bilər. Amma bu uzun çəkə bilməz. Uzun çəksə, daxildə narazılıqla qarşılanacaq. Çünki Ermənistanda keçmiş iqtidara bir nifrət var: “Ermənistan erməniləri bütün bəlalarını Qarabağ ermənilərində görürlər. Paşinyan Qarabağ klanını rahat buraxsa, xalq qarşısında etimadını yavaş-yavaş itirə bilər. Əgər Ermənistanda korrupsiya ilə mübarizə, islahatlar getməsə onda inqilab bütün mənasını itirəcək. Qarabağ klanı cəzasız buraxılacaqsa yenə Moskvanın dediyi olacaqsa ermənilərin gözündə Paşinyanla Sərkisyan və Köçəryanın arasında heç bir fərq olmayacaq. Bu, isə Paşinyanı inqilab qəhrəmanından ümidləri puç edən siyasətçiyə çevirə bilər. Vladimir Putinlə görüşdə Paşinyan incə mesajla vurğuladı ki, Ermənistanın daxili işlərinə qarışılmasına imkan verməyəcək. Bu həm də o deməkdir ki, Rusiyanın hansısa erməni məmurlarla və ya keçmiş hakimiyyət mənsubları ilə bağlı tələblərini Paşinyan qəbul etmir. Belə olan təqdirdə gec-tez Kreml yeni erməni iqtidarına qarşı açıq müstəvidə hücuma keçəcək. Putinlə görüşdən sonra Paşinyanın “Gələcəkdə Qarabağ Ermənistana birləşdirilməlidir" söyləməsi bu yeni erməni millətçisinin savaşdan başqa dil başa düşməyəcəyinin anlamına gəlir.

Azərbaycan Rusiyanı gözə almaqla belə müharibəyə hazırlaşmalıdır. 2019 Azərbaycan üçün Qarabağa dönüş ili olmalıdır. Daha Rusiyanı bəhanə edib, işğalçı Ermənistanın sayıqlamalarına Azərbaycan dözməli deyil. Ermənistanın indiki iqtidarı ilə Rusiya arasında münasibətləri Paşinyanın son səfəri də düzəltmədi. Bunu da unutmaq lazım deyil. Putinlə Paşinyanın anlaşmasının bu görüşdə mümkün olmayacağını əvvəldən söyləmişdik".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR