İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən 8 ayda Gürcüstan Azərbaycandan 106,8 min ton neft məhsulları idxal edib

440 11.09.2018 23:22 İqtisadiyyat A A

Cari ilin yanvar–avqust aylarında Gürcüstan 733,2 min ton benzin və dizel yanacağı idxal edib. Bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 56,1 min ton çoxdur.

Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqının (NMİİ) məlumatına görə, idxal olunan yanacağın 362,6 min tonu benzin, 370,6 min tonu dizel yanacağıdır.

AZƏRTAC GNMİİ-yə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 106,8 min ton benzin və dizel yanacağı idxal edib. Bu da Gürcüstanın idxal etdiyi neft məhsullarının 14,6 faizini təşkil edib.

Hesabat dövründə Gürcüstan Rusiyadan 191,4 min ton, Rumıniyadan 187 min ton, Türkmənistandan 122,9 min ton, Bolqarıstandan 80,3 min ton, Yunanıstandan isə 44,6 min ton neft məhsulları idxal edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR