İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar Azərbaycanın adını ucaldanlardır - Dövlətdən gözləntiləri isə sadəcə...

2160 12.09.2018 18:32 Ölkə A A

Son illər azərbaycanlıların dünyanın müxtəlif ölkələrində istər siyasi arenada, istər sosial-iqtisadi sahədə, istərsə də mədəniyyət aləmində adını duyurması geniş vüsət alıb. Onlar öz işgüzarlıqları və bacarıqlarını ortaya qoyaraq dövlətimizin adını ucaldırlar.

Bir neçə gündür İsveçdə keçirilən parlament seçkilərində iki bacı Aylin Fazelian və Ayda Kərimlinin deputat seçilməsi mətbuatın gündəmini zəbt edib. Belə ki Fazelian “Sosial-demokrat “partiyasından İsveç parlamentinə, Kərimli isə “Mərkəz” partiyasından əyalət millət vəkili seçilib.

Bundan əlavə, Rusiya Federasiyasının tərkibindəki Saxa Respublikasında yaşayan soydaşımız Əliş Zabid oğlu Məmmədov 9 sentyabrda keçirilən seçkilərdə böyük fərqlə qalib gələrək, 3-cü dəfə Saxa Dövlət Məclisinin – İl Tümen-in üzvü seçilib.

Öz ixtiraları ilə hər kəsi özünə heyran edən həmvətənlərimiz də az deyil. Onlardan biri də ixtiraçı Reyhan Camalovadır. O, ötən il Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində (GES) iştirak edərək hər kəsi, xüsusilə ABŞ prezidenti Donald Trampın baş müşaviri və qızı İvanka Trampı özünə heyran qoyub.

Mədəniyyət sahəsində də nailiyyətlər əldə edənlər az deyil. Opera ifaçısı İlham Nəzərov, gənc bariton Məhərrəm Hüseynov  öz səs imkanları ilə ölkəmizin adını müxtəlif ölkələrdə ucaldır.

Bəs, ölkə xaricində bu qədər uğur qazanan həmvətənlərimiz dövlətdən dəstək görməlidir? Onların əməyi dövlət tərəfindən necə qiymətləndirilməlidir?

30743202_935657903269493_2197933076888158208_n.jpg (54 KB)

Musavat.com məsələ ilə bağlı Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdilinin fikirlərini öyrənib.

O, bildirib ki, sözügedən azərbaycanlılar maddi dəstək deyil, diqqət umur: “Dünyada ən güclü diaspora erməni və yəhudi diasporasıdır. Bu bəlli haldır. Heç bir erməni və ya yəhudi uğur əldə edəndə demir ki, mənə dövlətim dəstək versin. Bu uğuru dövlətinin adına həmin şəxslər qazanırlar. Bizim də diasporamızın zəif olmasının başlıca səbəbi gördüyümüz işlərə görə dövlətdən dəstək ummaqdır. Biz işi qarşılıq görərək görmək istəyirik. Böyük layihə həyata keçirəndə deyirik ki, Azərbaycan dövləti, prezidenti və ya Diaspora Dövlət Komitəsi dəstək olmalıdır və ya təşəkkür etməlidir. Sabir Rüstəmxanlının gözəl sözü var. Deyir ki, diaspora işi könül işidir. Gözlənti olacaqsa, diaspora işi olmayacaq.

Bu yaxınlarda İsveçdə iki xanımımız millət vəkili seçildi. Rusiyada millət vəkili seçilən həmvətənimiz də var. Bunlar gözəl uğurdur. Biz onlara dəstək olmalıyıq. Onların bizlərdən umacağı yeganə şey diqqətdir. Bizdən maddi dəstək ummurlar. Maddi yardım göstərilməsi yaşadıqları ölkənin qanunlarına da ziddir. Son illər Diaspora Dövlət Komitəsi həmvətənlərimizin uğurları ilə bağlı mətbuata məlumatlar ötürür, press-relizlər yayırlar. Həmvətənlərimizin uğurunu işıqlandırılmasına can atırlar. Mətbuatımız da bu işdə maraqlıdır. Onlar da bu işləri qiymətləndirib, işıqlandırırlar. Gələcəkdə ola bilər ki, həmin insanlar medallarla təltif olunsun. Bu onlara stimul verəcək. Həqiqətən də diaspora işi könül işidir. İnsanlara diqqət göstərilsə, daha böyük uğurlar əldə edərlər”.

Könül,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR