İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğuzda 61 yaşlı kişini avtomobil vuraraq öldürüb

361 12.09.2018 16:53 Ölkə A A

Oğuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, hadisə rayonun Bucaq kəndində qeydə alınıb.

Belə ki, rayonun Muxas kənd sakini Sahib Əliyev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə yolu keçmək istəyən Bucaq kənd sakini 1957-ci il təvəllüdlü Fərahim Cəbrayıl oğlu Əzizovu vurub. Ağır yaralanan piyada dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, F.Əzizov xəstəxanaya daxil olduqdan 10 dəqiqə sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.

 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR