İnsanlara hürriyət, millətlərə istiqlal!

MHP-çi millət vəkili Yaşar Qaradağ: “Ermənilər Xocalıda etdiklərinin hesabını verməlidirlər”

2029 29.06.2018 14:09 Ölkə A A

"Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına çalışacam. Bu, mənim vəzifəmdir. Əslən Azərbaycan türküyəm. Babalarım İqdıra 1918-1920-ci illərdə erməni zülmündən gəliblər".

Bu sözləri Milliyyətçi Hərəkat Partiyasının üzvü, İqdırdan millət vəkili seçilən Yaşar Qaradağ bildirib.

Millət vəkili erməni vəhşilikləri barədə fikirlərini də açıqlayıb: “Bu gün İqdırın Hakmehmet, Oba, Gedikli, Koçkıran kəndlərində toplu məzarlar var. Bunlar ermənilərin bizə qarşı etdikləri vəhşiliyi unutmağa qoymur. Bunları edənlərin nəvələri də eyni şeyi Xocalıda etdilər. Bu gün Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Ermənilər Türkiyə ilə normal münasibətlər qurmaq istəyirlərsə, öncə işğal etdikləri Qarabağ torpaqlarını azad etməlidirlər. Qarabağı Azərbaycan qaytarmalıdırlar. Öldürdükləri minlərlə azərbaycanlı qardaşlarımızın hesabını verməlidirlər. Sarkisyanın erməni gənclərinə verdiyi nəsihəti unutmadıq: “Biz atalarımızın intiqamını aldıq, Siz də Ağrı dağını, İqdır və onun ətraflarını alın”. Mən isə onlara cavab olaraq deyirəm ki, ermənilərə verəcək bir cınqıl daşımız belə, yoxdur və ola da bilməz”.

Millət vəkili Azərbaycanla bağlı fikirlərini bölüşüb: “Azərbaycan bu gün Qafqazların parlayan ulduzudur. Müasir və güclü orduya malikdir. Azərbaycan hörmətli prezidentimiz İlham Əliyevin sayəsində hər keçən gün inkişaf edir və liderliyini daha da gücləndirir. Bu gün hörmətli prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin dostluğu və qardaşlığı iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişafında böyük rol oynayır. Mən də bu qardaşlığın daha da irəli getməsinə çalışacam”.

Elnur Eltürk, musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR