İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda qatarların hərəkətində problem yarandı

915 10.09.2018 15:25 Hadisə A A

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, saat 10:50-də qatar texniki nasazlıq səbəbindən “Sahil” - “28 May” stansiyaları arasında tuneldə qalıb.

“Təlimat tələblərinə görə köməkçi qatar verilib. Texniki nasazlığı olan qatar “28 May” stansiyasında boşaldılıb və köməkçi qatar vasitəsilə 20 dəqiqə ərzində xətdən çıxarılıb. Yeni qatar xəttə buraxılıb. Ümumi qrafikdə 10 dəqiqə gecikmə olub”.

B.Məmmədovun sözlərinə görə, problemin səbəbi texniki baxışdan sonra bilinəcək.(azvision.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR