İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurlardan Tolikin sərt sözlərinə cavab... – “Səni deyirlər” qalmaqalı, VİDEOLAR

5659 09.09.2018 14:37 Şou-biznes A A

Son günlər Cənubi Azərbaycandan olan müğənni İbrahim Əlizadənin ifa etdiyi "Səni deyirlər" mahnısı Quzey Azərbaycanda da populyar olub. Toylarda, ad günü tədbirlərində, küçədə, meydanlarda azərbaycanlılar bu mahnıya oynayıb, sosial şəbəkələrdə paylaşırlar. İnstaqram və facebook Güneyli-Quzeyli azərbaycanlıların "Səni deyirlər" mahnısına etdikləri rəqslə "partlayır". Deyilənə görə, bu mahnı Urmiya gölünün qurudulmasına etiraz kimi ortaya çıxıb.

Musavat.com xəbər verir ki, mahnını yenidən ifa edən və onu populyarlaşdıran müğənni İbrahim Əlizadə "ATV Xəbər"ə deyib ki, bu mahnını bir toy mərasimində ifa edib. O, deyib ki, mahnını oxuyarkən sevinmək, şad olmaq istəməyib. Müğənninin bildirdiyinə görə, mahnının sözləri də siyasi deyil. Sadəcə Urmiya gölünün qurudulmasına biganə qalınmamasını istəyib. Amma Bakıda bu mahnıya rəqs edənlərə münasibət birmənalı deyil. Getdikcə, "Səni deyirlər"ə rəqs edənlərin ünvanına sərt tənqid də gəlməyə başlayıb. Bu tənqidləri siyasətçilərdən də eşitmək olur, sənətçilərdən də, sıravi vətəndaşlardan da.

Musavat.com xəbər verir ki, növbəti belə tənqidi aparıcı Tarix Əliyev (Tolik) səsləndirib. O, mahnıya rəqs edib, sosial şəbəkələrdə paylaşan şou-biznes nümayəndələrinin ünvanına ağır sözlər işlədib. Tolik bu trendə qoşulanlara “zövqünüzə oppanım” deyib. Sonra isə bu mahnıyla toy tutmaq istəyən müğənniləri nəzərdə tutaraq onlara dirsəyini göstərərk, onları təhqir edib.

Bəs, məşhur fləşmoba qoşulanlar Tolik və digərlərinin onlar haqqında səsləndirdiyi təhqir və tənqidlər haqqında nə düşünür?

Musavat.com  tanınmışlar arasında sorğu keçirib və haqlarında səsləndirilən ittihamlara münasibət öyrənib. Müğənni Zenfira İbrahimova deyib ki, onun musiqi zövqünə şübhə edənlər 15 illik təhsilinə baxsın: “Mənim 15 illik musiqi təhsilim var. Səhnəyə gələn gündən özümü inkişaf etdirirəm. Mən necə zövqsüz, musiqidən anlamayan biri ola bilərəm? Birincisi bu flaşmob cənubdakı soydaşlarımza dəstək üçün çəkilib. İkincisi isə sümüyə düşən musiqidir, oğlumla oynadıq, şənləndik. Burada zövqsüzlükdən, savadsızlıqdan söhbət gedə bilməz. Kim deyir ki, “Səni deyirlər” sənət əsəridir? Sadəcə insana xoş gələn musiqidir. Burada qəbahət görmürəm, tənqidlər və təhqirlər yersizdir”.

Müğənni Günay İbrahimli isə bildirib ki, mahiyyətini bilmədən fləşmoba qoşulanları o da qınayır: "Düşünürəm ki, hər şey yerində olsa, daha gözəl olar. Əksər insanlar bu flaşmobun mahiyyətini bilmirlər. Sırf əyləncəyə bağlayırlar, rəqs edirlər. Amma deyim ki, güneyli soydaşlarımız bu axına onlara qoyulan qadağalara görə qoşulublar. Mən də bu flaşmoba qoşuldum, bir layihə idi. Ancaq qoşulmamışdan qabaq məqsəd, mahiyyət - hər bir şeyi ilə maraqlanmışdım. Bir neçə həmkarlarımla dadı-duzu yerində rəqs etdik, kənara çəkildik. İndi mənasını bilən-bilməyən rəqs edir. Düşünürəm ki, etiraz edənlər də sırf buna görə edirlər ki, ay incəsənət üzvləri, mahiyyətini bilin, sonra rəqs edin. Etiraz edənlərin çoxu heç bu flaşmobun nə məqsədlə edildiyini də bilmir. Məncə kim tənqid edirsə, kim rəqs edirsə, məlumatlı bir şəkildə etsin. Hamıya uğurlar arzulayıram”.

Öz verilişində rəqs edərək fləşmoba qoşulan aparıcı Elçin Əlibəyli isə tənqid və təhqirlərdən xəbərdar olduğunu, məsələyə ancaq “El bizim, sir bizim” proqramında münasibət bildirəcəyini vurğulayıb.

Rəqqasə Renka deyib ki, cənubi azərbaycanlılara dəstək üçün fləşmoba qoşulub: “Bir layihə idi, qoşulduq. Öncədən mahiyyətini öyrəndik ki, cənubi Azərbaycanda yaşayan soydaşılarımız onlara qoyulan qadağalara etiraz olaraq bu fləşmoba qoşulublar. Biz də onlara dəstək olduq. Sonra mahnı populyarlaşdı, hər kəs oynamağa başladı. Məncə, tənqid edilənlər mahiyyətini bilib-bilmədən “Səni deyirlər”ə oynayanlardır. Təhqir və tənqidləri öz üzərimə götürmürəm. Çünki bilincli şəkildə bir aksiyaya qoşulmuşam”.

Könül,
Musavat.com

  

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR