Məşhur reper ölü tapıldı

ABŞ-da məşhur reper Mak Miller ölü tapılıb.

Oxu.Az TMZ-yə istinadən xəbər verir ki, reperin meyiti yaşadığı evdə aşkar edilib.

Bildirilir ki, amerikalı müğənni Ariana Qrandenin keçmiş boyfrendi olan M. Miller son zamanlar narkotik asılılığından əziyyət çəkirdi.

İlkin versiyaya görə, reper dozadan artıq narkotik qəbul etdiyi üçün ölüb.

08.09.2018 03:45
1217