İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Paşinyanı “xalça üstünə” çağırdı - FOTOLAR

1871 12.09.2018 15:54 Dünya A A
 

 

Bu həftə Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya səfər edəcək. Məlumat verildiyi kimi, səfər barədə ilk xəbəri Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyan vermişdi.

Virtualaz.org mənbəyə əsasən bildirir ki, Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla sentyabrın 14-də görüşəcək.

Nikol Paşinyan Parisə niyə gedir? Ermənistan KİV-ləri və blogerləri bu sual ətrafında mülahizələr qururlar. Paşinyan bu yaxınlarda Brüsseldə Makronla görüşmüşdü və keçən bu dövr ərzində heç gündəm də formalaşmayıb. Bunu “Yerevanlı” nikli erməni blogeri yazır.

“168 Jam” qəzeti yazır ki, Nikol Paşinyanın Parisə dəvət olunması, doğrudan da, gözlənilməz olub.

Lakin belə bir məlumat sızıb ki, bu cür təcili və gözlənilməz səfər bu günlərdə Fransanın “Veolia Djur” şirkətinə qarşı başlanmış cinayət işi ilə əlaqədardır.

“Fransa hakimiyyəti anlamağa çalışır ki, bizim hakimiyyətin bu cür iri fransız şirkətinə qarşı belə addımlar atmaqda məqsədi nədir və bu hal Makronun Ermənistana səfəri öncəsi baş verir.

Xatırladım ki, Polisin korrupsiya ilə mübarizə üzrə idarəsinin məlumatına görə, “Veolia Djur” İctimai xidmətlərin tənzimlənməsi üzrə komissiyanın sədri Robert Nazaryanı və daha yeddi məmuru ələ almaq üçün onlara Yerevan-Paris-Yerevan reysinə biletlər təqdim edib və bundan sonra suyun tarifi 11 dram – 180-dən 191 drama yüksəlmişdi”, - “Yerevanlı” yazır.

Bloger haqlı olaraq hesab edir ki, əgər Paşinyan həqiqətən də buna görə Parisə yollanırsa, bu acı haldır.

Bu cür məsələlər ən yüksək səviyyədə həll edilmir. Uzağı telefonla həll edilir. “Ya Nikol Paşinyan hələ də öz səlahiyyətlərinin icrasına sözün əsl mənasında başlamayıb, ya da bu xalis yalandır. Cinayət işinin başlanmasını deyil, yalan deyəndə bu səbəbə görə Paşinyanın dəvət olunmasını nəzərdə tuturam...”

Nikol Paşinyanın son bir neçə ay ərzində yol verdiyi düşüncəsiz addımları nəzərə alsaq, erməni baş nazirin “xalça üstünə” çağırılması versiyası doğrudur.

Eyni zamanda, Ermənistan hökuməti ilə “Veolia Djur” arasında müqavilə var və həmin müqavilənin keçmiş hökumətlə imzalanması onu pozmaq hüququnun olması demək deyil.

Bir neçə gün öncə “Veolia Djur”un baş direktoru Kristian Lefe bildirib ki, Ermənistan hakimiyyəti su tariflərini olduğu səviyyədə saxlamaq və bütün məsuliyyəti operatorun üzərinə qoymaq istəyirlər. Bundan az öncə isə Su təsərrüfatı Dövlət komitəsinin başçısı İnessa Qabayan deyib ki, tarif artmamalı, konsessiya haqqında müqaviləyə isə yenidən baxılmalıdır.

Görünür, Fransa hiddətlənib ki, fransız biznesi Ermənistanda boğulmağa başlayıb.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Su təsərrüfatı Dövlət komitəsinin rəhbərliyi ilə görüşdə “Veolia Djur” bildirib ki, su tarifi qaldırılmalıdır və bu 2016-cı ildə təsdiqlənmiş konsessiya haqqında müqavilədə əksini tapıb. “Veolia” siu şəbəkəsini 2017-ci ildə 15 il müddətinə qəbul edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR