İnsanlara hürriyət, millətlərə istiqlal!

İşıqlandırma sistemi var, lakin yollar zülmətə qərb olub - REPORTAJ, FOTOLAR, VİDEO

2669 02.09.2018 15:32 Reportaj A A

Nizami rayonu, Naxçıvanski küçəsinin sakinləri illərdir ki, işıqsızlıqdan əziyyət çəkirlər. Küçənin normal işıqlandırma sistemi olmadığından tez-tez bədbəxt hadisələr yaşanır. Yol boyu işıq dirəkləri quraşdırılsa da, normal işıqlanma yoxdur. Bu səbəbdən də axşam saatlarında yollara zülmət çökür. Lampalar közərir, ətraf görünməz hala düşür.

Musavat.com-un məlumatına görə, küçənin bir addımlığında parkın olması isə vəziyyəti bir qədər də təhlükəli edir. Parkın hər iki istiqamətindən intensiv hərəkət edən nəqliyyat piyadalar üçün ciddi təhlükəyə çevrilib. Hər gün yolun yaxınlığında yaşayan yüzlərlə insan axşam saatlarında istirahət etmək üçün parka gedir. Alternativ yol olmadığı görə piyadalar məcbur qalıb sürətlə hərəkət edən avtomobillərin qarşısından qaçaraq qaranlıq yoldan keçməli olurlar. Belə olan halda sürücülər də çıxılmaz vəziyyətdə qalırlar. Nəticədə qəza qaçılmaz olur.

Ərazidə olduğumuz zaman piyadaların yolu necə çətinliklə keçdiklərinin şahidiq olduq.

Həmin istiqamətdə cəmi iki yerdə piyada keçidi var ki, orada da normal işıqlandırma sistemi yoxdur. İşıq dirəkləri olsa da, lampalar yararsız vəziyyətə düşüb. Çəkiliş zamanı bir çoxlarının tamamilə sıradan çıxdığını gördük.

Naxçıvanski küçəsinin sakinləri illərdir ki, qorxu içərisində yaşadıqlarını bildirdilər: “Bu yolu keçmək qorxuludur. İşıqlarımız çox zəifdir. Bir gün yanır, bir gün yanmır. Çox vaxt söndürürlər. Bir neçə gün öncə burada qəza baş verdi. Qaranlıq olduğu üçün sürücü yolu keçən piyadanı vurdu. Təqribən iki il öncə də buna bənzər bədbəxt hadisə baş verdi. Bir uşaq yolu keçərkən VAZ-2107” markalı avtomobil onu vurdu. O, pis vəziyyətdə idi. Belə getsə, yola çökən zülmət çox can alacaq. Sürücüləri də qınamaq olmaz. Çünki yol o qədər qaranlıqdır ki, çətinliklə piyadaları görürlər”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Məğrur MƏRD,
Fotolar və video müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR