İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqda partlayış baş verib, ölən və yaralananlar var

354 12.09.2018 17:46 Son xəbər A A

İraqın şimalında partlayıcı maddə ilə dolu avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb, 32 nəfər yaralanıb.

“Report” İraq KİV-inə istinadən xəbər verir ki, hadisə avtomobil yolunun kənarında yerləşən restoranın yaxınlığında baş verib.

Həmin restoran güc strukturlarının və müxtəlif silahlı dəstə üzvlərinin istirahət məkanı kimi tanınır.

Ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hələlik hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR