Günün fotosu - Xarab adamların xaraba qoyduğu şəhər - Füzuli

Bu şəkil Füzuli şəhərinin mərkəzi hissəsində bu günlərdə çəkib. Ermənilər çəkib, yəqin ki. Başqa kim olasıdır? Xaraba qoyulmuş bu şəhərə turist gəlmir, müşahidəçi gəlmir.

Bu şəkildə yeganə təəccüblü məqam xaraba qoyulmuş evdə daşın daş üstə qalmasıdır. 

Ermənilər minlərlə belə evi sonuncu mişar daşına qədər söküb daşıyırdılar. Görünür, bu evi hər ehtimala qarşı, strateji yerdə olduğu üçün gələcəkdə yeni hərbi bölmə yerləşdirmək, müşahidə məntəqəsi qurmaq üçün saxlayıblarmış. Yoxsa saxlamazdılar. 

Onlar Azərbaycanın bu cənnət guşəsini yaşamaq üçün işğal etməyiblər, yağmalamaq üçün ediblər. 

Burada yaşamaq, yurd salmaq istəsələr ölkədə ən gözəl, modern evlərin (paytaxtda elə evlərə villa deyirlər və qiyməti 1 milyon civarındadır) o cür vəhşicəsinə söküb-dağıtmaz, yandırıb yaxmazdılar. 

Bu, əlbəttə ki, barbarlıqdır, vandallıqdır. Ermənilər buralarda müvəqqəti olduqlarını anlayırlar və bacardıqca daha çox ziyankarlıqlar etməyə çalışırlar. 

Fuzuli, Azerbaijan adlı şəxsin şəkli.

Bu fotonu çəkib yaymaqda məqsədləri isə yandıq verməkdir. Bircə onu da anlasaydılar ki, xaraba qalmış yurdlarımızın hər belə şəklini, videosunu görəndə insanın qəlbində yalnız bu kimi hisslər baş qaldırır: hiddət, nifrət, qisas... 

Onlar bu hisslərin qabağında dayana bilməyəcəklər. Bu misra yüz illər əvvəl əbəs yerə səslənməyib: "Yaddan çıxmaq Qarabağ".

Nə qədər ki, Qarabağ yaddan çıxmayıb, o erməninin, başqa birinin ola bilməz... Qarabağ bizimdir, bizim olacaq!

N.Asifli

 

10.05.2018 10:32
4520