İnsanlara hürriyət, millətlərə istiqlal!

"Formula 2"-də ikinci yarış da qəzalarla başlayıb - FOTOLAR

925 29.04.2018 13:37 Formula #1 A A

Bakıda FIA "Formula 2" sinfində ikinci yarış başlayıb.

Musavat.com-un məlumatına görə, qısa müddətdə artıq üç pilot yarışı yarımçıq tərk etməli olub. Belə ki, "Charouz Racing System"in italiyalı pilotu Antonio Fuokonun idarə etdiyi bolid dayanıb.

Dünən 3-cü yeri tutmuş pilot bu gün yarışı erkən dayandırmalı olub. Fuokodan az sonra "RUSSIAN TİME"dan rusiyalı Artyom Markelov da maşındakı texniki nasazlıq səbəbindən yarışı dayandırıb. Həmçinin" "Campos Vexatec Racing"dən Roy Nissani də yarışı yarımçıq tərk edib.

Qeyd edək ki, 10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında 45 dəqiqə ərzində 21 dövrə vuraraq ən sürətli avtoyürüşçünü müəyyənləşdirəcək.

Ötən gün 29 dövrəlik birinci yarışın qalibi "DAMS" komandasının tailandlı pilotu Aleksandr Albon olub. İkinci yeri "ART Grand Prix"dən böyük britaniyalı Cek Aitken tutub. Üçüncü yerdə isə "Charouz Racing System"dən italiyalı Antonio Fuoko gəlib.

Qeyd edək ki, aprelin 27-də Bakıda 2018 "Formula 1" üzrə Azərbaycan Qran-Prisi başlayıb.

Bu gün Qran-Prinin qalibi məlum olacaq.

Əli Rais, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR