Ekspert: Neftin qiyməti 100 dolları ötə bilər

Noyabrın 4-də ABŞ-ın mütəffiqləri İrandan neft idxalını dayandırarlarsa, qiymət 100 dollara yüksələcək.

Oxu.Az xəbər verir ki, bunu “FACTS Global Energy”nin direktoru Fereidun Fesharaki bildirib. 

Onun sözlərinə görə, İrandan tədarük tamamilə kəsilərsə, digər böyük istehsalçılar bu boşluğu asanlıqla bağlaya bilməyəcəklər. Nəticədə “Brent” markalı neftin qiyməti 100 dolları keçəcək:

“ABŞ-ın qaya qazı və neft istehsalçıları tam gücü ilə işləyirlər. Lakin ABŞ-ın qaya qazının İranın bazardakı yerini dolduracağına inanmaq əsassızdır”.

O deyib ki,sanksiyalar tətbiq edilməzsə, neftin qiyməti 70 dollara düşəcək. 

Xatırladaq ki, “Brent” markalı neftin qiyməti 2014-cü ildən sonra 100 dollar olmayıb. Bu gün keçirilən bazar əməliyyatlarında neft 77,93 dollar təşkil edir.

11.09.2018 19:19
788