İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat oğlu ilə qalmaqalı olan Fərman Məmmədov REAL-a danışdı

2094 28.07.2018 21:06 Qalmaqal A A

“Elmira Axundova deməsəydi, mən Həbib Axundova bir qəpik də verməzdim”

Millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundov REAL-a ötən gün verdiyi müsahibədə aralarında qalmaqalın olduğu Fərman Məmmədov haqqında ittihamlar səsləndirib. Həbib Axundov əyləncə zamanı çəkilmiş foto və videolarının məhz Fərman Məmmədov tərəfindən pulla alındığını və mətbuata ötürüldüyünü iddia edib. Millət vəkilinin oğlu onu dələduzluqda günahlandıran Fərman Məmmədova borcunun olmadığını, pulun hazırda məhkəməsi davam edən Elnur İbrahimov tərəfindən mənimsənildiyini bildirib.

Fərman Məmnmədov da REAL-la əlaqə saxlayıb və baş verənlər haqqında mövqeyinin işıqlandırılmasını xahiş edib. O, müsahibəsi zamanı israrla bildirib ki, 575 min manatın hamısını Elnur İbrahimova yox, böyük hissəsini Həbib Axundova verib. Həbib Axundovun anası, millət vəkili Elmira Axundova bu vəsaitin 250 min manatını evində Fərman Məmmədova verib.

Külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə ittiham aktına görə, E. İbrahimov özgə əmlakının etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən ofis ləvazimatları və kartricləri gətirərək, satmağı, satışdan əldə olunan gəlirdən qazanc verəcəyi ilə tanışı Həbib Axundovu aldadıb.

Elnur İbrahimov Həbib Axundovdan 2012-ci ilin avqustundan 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda 125000 manat alıb. Həmin pulun 80000 manatını müxtəlif vaxtlarda hissə-hissə olmaqla qazanc adı ilə qaytarıb.

Elnur İbrahimov 28 iyul 2013-cü ildə bank hesabında 3000000 manat pulu olması, lakin vergi borcu olduğu üçün hesabından pulu çıxara bilməməsi, vergi borcunun ödənilməsi üçün ona pul lazım olması ilə aldadaraq Yasamal rayonunda yerləşən “Flame” çay evində Həbib Axundovdan 10000 manat alıb, ümumilikdə ona 55000 manat ziyan vurub.

Bundan başqa, Elnur İbrahimov təkrarən Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə Həbib Axundovu aldadıb, 2012-ci ilin sentyabrından 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda Həbib Axundovun tanışı Fərman Məmmədovdan ümumilikdə 435000 manat alıb.

O, 2013-cü ilin iyununda Fərman Məmmədova eyni vədlər verib, 100000 manat alıb.
Daha sonra Elnur İbrahimov bank hesabında 300000 manat olduğunu, amma vergi borcu olduğu üçün həmin pulu çıxara bilməməsi adı ilə Fərman Məmmədovu aldadıb, ondan 40000 manat alıb. Elnur İbrahimov həmin pulun 225000 manat hissəsinin müxtəlif vaxtlarda qazanc qazanc adı ilə qaytarıb, 350000 manatı isə öz xeyrinə yönətlməklə zərərçəkmişə qarşı dələduzluq edib.

Bundan başqa, Elnur İbrahimov Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə daha bir neçə nəfərə qarşı dələduzluq edib, onların külli miqdarda pullarını ələ keçirib.

Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Həbib Axundov deputat Elmira Axundovanın oğludur.
Fərman Məmmədovun REAL-a verdiyi müsahibəni təqdim edirik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR