Bu il doğulan uşaqların 53 faizi oğlandır

Dövlət Statistika Komitəsi demoqrafik hesabat yayıb. Novator.az-ın məlumatına görə, 7 aylıq hesabatda qeyd olunur ki, 2018-ci il avqustun 1-nə Azərbaycan əhalisinin sayı 9 milyon 943 min 226 nəfərə çatıb. İlin əvvəlindən 45141 nəfər artım olub.

Əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır, hər 1000 kişiyə 1005 qadın düşür.

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri yanvar-iyul aylarında 78673 doğulmuş körpə qeydə alıb. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi qız uşaqlarıdır.

7 ayda ölkədə 34812 ölüm halı, 33009 nikah və 8538 boşanma rəsmiləşib.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti daimi yaşamaq üçün 2109 nəfər gələn, 829 nəfər gedən qeydə alıb.

12.09.2018 18:47
258