Bakının kirayə mənzil bazarında qiymətlər qalxıb - VİDEO

 

 

Sentyabr ayı başlayar-başlamaz kirayə mənzil bazarında canlanma var. Həm universitetlərin açılması, həm də insanların yay istirahətindən paytaxta qayıtması kirayə ev tapmağı müşkül məsələyə çevirib.

“XəzərXəbər” bildirir ki, kirayə mənzil axtaranlar büdcəsinə uyğun mənzil tapa bilmədiklərini, rieltorlar isə əvvəlki aylara nisbətən kirayə qiymətlərinin artdığını deyirlər.

Mənzil axtaranlar kirayə ev tutarkən əsasən metroya yaxın olmasına üstünlük verirlər. Buna görə də, metroya yaxın yerlərdə ev tapmaq ya baha başa gəlir, ya da ümumiyyətlə tapmaq mümkün deyil.

Rieltorlar tələbin çox olmasına baxmayaraq, kirayə üçün təklif edilən evlərin ümumiyyətlə az olduğunu deyirlər.

Yay aylarında mənzillər nisbətən ucuz olsa da hazırda qiymətlər artıb.

Amma qarşıdakı aylarda qiymətlərin nisbətən ucuzlaşacağı gözlənilir.

 

10.09.2018 15:49
757