Bakıda magistral xətdə qəza ilə əlaqədar iki küçəyə içməli su verilişi dayanıb

Bakının Xətai rayonunun Əliağa Şıxlinski küçəsində magistral su xəttində qəza baş verib.

Bu barədə “Report”a "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Bildirilir ki, qəza ilə əlaqədar Mehmandarov və Şıxlinski küçələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.

02.09.2018 18:02
483