İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın ən gözəl qızı və yaraşıqlı oğlanı seçiləcək - FOTOLAR

2955 11.09.2018 17:17 Şou-biznes A A

“Best model of Azerbaijan” müsabiqəsinin seçim turu başa çatıb.

Musavat.com xəbər verir ki, Azərbaycanın ən gözəl qızı və yaraşıqlı oğlanı olmaq üçün 80 gənc münsiflər tərəfindən seçilib.

Münsif kürsüsündə müğənni Tünzalə Ağayeva, şairə Zəhra Bədəlbəyli, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, Fuad Hacıyev, iş xanımı Ruhi Əliyeva və başqalarının yer alıb.

Onların seçiminə əsasən növbəti tur zamanı 10 oğlan və 10 qız ələnərək, 60 nəfər finala keçəcək. Final tarixi bəlli olmayan yarışmanın qalibi ölkəmizi dünyada təmsil edəcək.

Qeyd edək ki, layihənin milli və beynəlxalq direktoru Aqil Məmiyev, icraçı direktoru Pərviz Əzimzadə, baş prodüseri Rəna Sultanovadır. Tədbirin aparıcılığını Samir Bayramlı edir.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR