İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyalı jurnalist vətəninə qayıdıb

1218 27.08.2018 10:28 Media A A

Türkiyədə terrorla bağlı itthamlarla üzləşən almaniyalı jurnalist məhkəmənin qərarı ilə vətəninə qayıdıb.

Almaniya mətbuatının yazdığına görə, Mesale Tolu bu gün Stuttqard hava limanına enib. Tolu İstanbulu tərk etməzdən öncə tweet edərək oğlu ilə bərabər şəklini yayıb. O yazıb ki, 17 aydan sonra vətənimə qayıdıram.

Almaniyanın xarici işlər naziri Heiko Maas məhkəmənin qərarını Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində atılan addım kimi dəyərləndirib.

Tolu ETHA xəbər agentliyində müxbir və tərcüməçi kimi çalışırdı. Onun həyat yoldaşı Suat Çorlu da eyni zamanda həbs edilmiş, noyabr ayında azadlığa buraxılmışdı.

Almaniya rəsmilərinin bildirdiyinə görə, o, 8 aya yaxın həbsdə saxlanıb və Türkiyəni tərk etməsinə qadağa tətbiq edilib.

33 yaşlı Tolu ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılıb. Ona qarşı terror təşkilatının üzvü və terror təbliğatı yaymaq ittihamları irəli sürülüb. 2016-ci il çevriliş cəhdində əli olmaqda günühlandırılan Tulu ittihamları rədd edib.

Almaniyanın Türkiyədə həbsdə olan daha 8 müxbiri var. Onlar arasında Die Welt -in müxbiri Deniz Yücül de yer alır.

Almaniya Yücel və digərlərinin siyasi motivlərlə həbs edildiyini idda edir ("Amerikanın səsi").

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR