İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocəsən sakinlərinin kanalizasiya problemi - VİDEO

582 04.05.2024 00:57 Ölkə A A

Xocəsən gölü tullantı sularının axıdılması nəticəsində çirklənməyə məruz qalıb.

Qəsəbə sakinləri deyiblər ki, gölə kanalizasiya suları axıdıldığından ərazidə üfunətdən baş çatlayır. Əsasən də küləkli havada qoxu ətrafdakı evlərə yayılır.

“Bir ildir ki, burada yaşayırıq. İydən nə çölə çıxa bilirik, nə də evə girə bilirik”, - Xocəsən sakini narazılığını bildirib.

Məsələ ilə bağlı “Azərsu”dan bildirilib ki, gələcəkdə həmin ərazi üçün layihə nəzərdə tutulub:

“Layihəyə əsasən, Xocəsən, Sulutəpə və Binəqədinin bir hissəsinin tullantı suları oradan çəkiləcək və kollektorla Lökbatan qəsəbəsi yaxınlığında tikiləcək təmizləyici qurğuya yönəldiləcək. Bu prosesdən sonra gölə tullantı sularının axıdılmasının qarşısı alınacaq”.

Ətraflı Baku TV-nin süjetində:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR