İnsanlara hürriyət, millətlərə istiqlal!

TÜRKSOY-un Baş katibi: Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir

542 04.05.2024 23:48 Siyasət A A

Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir.

"Report"un Ankara Bürosu xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını ziyarət edərkən deyib.

Onun sözlərinə görə, şair bütün Türk dünyasının birlik rəmzidir.

Qeyd edək ki, görüşdə Əhməd Cavadın ailə üzvləri Nicat Əmiroğlu Quliyev, Anar Axundzadə, Məhin Banu Quliyeva və Yılmaz Axundzadə də iştirak edib. Sultan Raev və şairin ailəsi Dövlət Baxçalıya "Əhməd Cavad Şərəf medalı" təqdim ediblər.

Baş katib bildirib ki, bu medal Əhməd Cavadın ailəsinin istəyi ilə MHP sədrinin Türk dünyasına göstərdiyi xidmətlərə görə verilib.

MHP sədri “Çırpınırdı Qara dəniz” şerinin Türk dünyası üçün birləşdirci dəyər olduğunu bildirib: “Türkiyədə vaxtilə hər tədbirimizin əvvəlində milli marş oxunurdu. Bir gün “Çırpınırdı Qara dəniz” oxunanda çoxumuz təəccübləndik. Əhməd Cavad və onun yaradıcılığı hamımızın dünyagörüşündə böyük rol oynadı. Hamınızın hüzurunda sözün öndəri və əbədiyaşar Əhməd Cavada minnətdarlığımı bildirirəm. O, ömrü boyu hər sahədə inkişafımıza dəstək olan öndərlərimizdəndir”.

Qeyd edək ki, bu il Türk dünyasının marşına çevrilən “Çırpınırdı Qara dəniz” şeirinin yazılmasının 110 ili tamam olur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR