İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə bankı ruslar üçün şərtləri sərtləşdirib

407 04.05.2024 11:54 Dünya A A

Türkiyənin “DenizBank” bankı ruslar üçün hesabların açılması şərtlərini sərtləşdirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya vətəndaşlarına hesab açmağa kömək edən iki vasitəçi bildirib.

Qeyd olunur ki, ölkənin ən böyük banklarından biri hətta yaşayış icazəsi və qeydiyyatı olan ruslara belə bu xidməti göstərməkdən imtina edib. Eyni zamanda, maliyyə təşkilatı böyük əmanəti (100 min dollardan çox) olan müştərilər üçün istisnalar edir.

Vasitəçilərdən biri Sergey Ovsyannikov qeyd edib ki, 2024-cü ilin əvvəlindən “DənizBank” Rusiya vətəndaşları üçün hesabların açılmasını praktiki olaraq dayandırıb – hesab açmaq üçün on müraciətdən yalnız biri təsdiq alır.

Öz növbəsində İstanbulda işləyən Lenar Wealth Management-in idarəedici partnyoru Lenar Rəhmanov əlavə edib ki, hesabın açılmasına konkret bank filialı və müştəri nümayəndələri ilə şəxsi razılaşmalar təsir edir.

Mayın əvvəlində Türkiyənin dövlət bankı “Ziraat” Rusiya vətəndaşları üçün hesabların açılmasını qadağan etməsi ilə bağlı xəbərləri təkzib etmişdi. Bank nümayəndəsinin sözlərinə görə, kredit təşkilatı hesablar açarkən diqqətli nəzarət həyata keçirir - müştəri dəqiq məlumat, yaşayış icazəsi və Türkiyədə işləmək və ya təhsil almaq hüququnu təqdim etməlidir. Eyni zamanda mənbə vurğulayıb ki, hesabların açılması üçün ruslardan müraciətlər qəbul edilir və bu cür əməliyyatlara heç bir məhdudiyyət yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR