İnsanlara hürriyət, millətlərə istiqlal!

"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA

955 03.05.2024 19:55 Şou-biznes A A

Bir müddət öncə müğənni Təranə Qumral dördüncü dəfə ana olduğunu, oğlunun doğulduğunu bildirib, hətta körpəni efirdə nümayiş etdirmişdi. 

İfaçının qızı Qumral isə maqazin verilişində anasının yenidən ana olması xəbərinin yalan olduğunu açıqlayıb. 

O, bildirib ki, bu, qurama şou idi və efirə çıxarılan körpə də onun uşağı olmayıb. 

Bu hadisə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb, onların bəzisi Təranə Qumralın bu addımı sərt şəkildə tənqid edib və bunun insanları dolamaq olduğunu bildirib. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev bəzən şou-biznes nümayəndələrinin bu cür üsullara əl atdığını, bunun normal olduğunu deyib:

"Əlbəttə ki, bu, qurama idi. O yaşda qadın necə doğa bilər? Qəribə insanlarsınız, buna həqiqətən inanmısınız? Təranə Qumral sadəcə şou edib, gündəmdə qalmaq istəyib. Təranə kukla kimi arvaddır, amma heyf ki, doğan qarnı artıq itib". 

O, həmkarını tənqid edənlərə belə cavab verib: 

"Burada tənqid edilməli nə var ki? Müğənni sadəcə şou edib. O gün Elcanın verilişində mənim də başıma 10 dəqiqəlik parik qoydular və efirə çıxdım. Məgər mən parik taxan kişiyəm? Bütün bunlar sadəcə şoudur. Sənət aləmində bu cür hadisələr olur. Bəs şou nədir? Bu sahənin adı üstündədir: Şou-biznes. Şou başqa necə olur ki? Bu şou xarakterli, zarafatcıl əməllərdir.

Hər kəs bilir ki, Əli Mirəliyev parik taxan müğənnilərdən deyil, ömrü boyu efirə keçəl çıxıb, birdən-birə niyə pariklə çıxıb oxusun? Burada pis heç nə yoxdur. 

Təranə Qumral gözəl, ceyran kimi xanımdır, mən onun xətrini çox istəyirəm, doğubsa, Allah xeyir versin, doğmayıbsa, kuklaya can sağlığı versin!" 

Qeyd edək ki, müğənni Musa Musayevlə evli olan Təranənin Qumral, Fidan və Sevgim adlı qız övladları var. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR