İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ!  Fransa təyyarəsi Bakı hava limanında qəza enişi etdi

1767 24.04.2024 18:26 Hadisə A A

Heydər Əliyev Beynəlxalq Aeroportunda "Air France" aviaşirkətinə məxsus təyyarənin qəza enişi etməsi səbəbindən həyəcan siqnalı elan edilib.

Bu barədə Musavat.com aeroportun mətbuat xidmətinə istinadən xəbər verir.

Osaka-Paris marşrutu ilə hərəkət edən "Boeing 777" hava gəmisi göyərtəsindəki yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.

"Aeroportda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib. “Air France” aviadaşıyıcısının təyyarəsi Bakı vaxtı ilə saat 16:37-də uğurla eniş edib.

Təyyarədə olan 280 sərnişin dərhal təxliyə edilib, insident nəticəsində xəsarət alan olmayıb", - məlumatda deyilir.

Bildirilir ki, hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR