İnsanlara hürriyət, millətlərə istiqlal!

Sinirləri bərpa edən çöl bitkisi kəşf edildi

1307 01.05.2024 20:15 Yaşam A A

Alman alimləri sinir sistemini bərpa edən yabanı çiçək tapıblar.

Onlar adi çöl gülü knikusun sinir toxumasını bərpa etdiyini üzə çıxarıblar.

"Cnicus benedictus" tərkibində olan knisin adlı birləşmə sinir toxumasını bərpa edir.

Tədqiqatın nəticələri "Phytomedicine" dərgisində çap olunub.

Knikus, digər adı aptek Benedikti isti regionlarda çöllərdə yayılıb.

Qafqaz, Zaqafqaziyada çoxdur.

Qədimdən xalq təbabətində geniş istifadə olunub. Daha çox həzm sisteminin müalicəsində effektivdir. Çayı, dəmləməsi, məlhəmləri hazırlanır.

Lakin alimlər yeni eksperimentdə bitkidə olan birləşmənin sinir liflərini – aksonların böyüməsini sürətləndirdiyini sübut ediblər.

Alimlər bu təsiri heyvan və insan hüceyrələrində nümayiş etdiriblər.

Siçanlara hər gün knisin dozası vurulması onları neyropatiya və iflicdən xilas edib.

Knisini sadəcə udmaqla, çeynəmklə də istifadə etmək olar. Knisin əsaslı preparatlar hazırlansa, zədələnmiş sinirləri bərpa etmək olar.//Medicina.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR