İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şeydayevin növbəti eqoizmi komandanı az qala yarı yolda qoyacaqdı"

1084 01.05.2024 10:25 İdman A A

Türkiyə mətbuatı "Kocaelispor"un azərbaycanlı hücumçusu Ramil Şeydayevin çıxışından yazıb.

Sportinfo.az xəbər verir ki, “Kocaeli Gazetesi” millimizin hücumçusunun eqoist olduğunu qeyd edib:

"Kocaelispor" "Bandırmaspor"a qarşı ağıllı futbol oynadı (3:1). Lakin daha çox qol vurmaq üçün inanılmaz fürsətləri qaçırdı.

Şeydayevin növbəti eqoizmi komandanı az qala yarı yolda qoyacaqdı. O, fiziki quruluşuna və təhlükəli driblinq qabiliyyətinə baxmayaraq,

komanda yoldaşlarına hələ də etibar edə bilmir. Baxmayaraq ki, bu, onun yanıldığını bildirmir, axı onlar inanılmaz şansları əldən verirlər.

Şeydayev həqiqətən bacarıqlı futbolçudur, oyunu yaxşı başa düşür, amma hazırlığı zəifdir. Ramil mövsümün əvvəlində gəlsəydi, daha faydalı olardı.

Driblinqi və bədən quruluşu ilə Taner, Serdar və Sinan Pektemekə bənzəyir. Sadəcə, Taner və Sinan reydlər edəndə, Şeydayevdən fərqli olaraq, qol vururdular.

Bu da onların yaxşı hazırlığı ilə bağlıdır. Ramil mövsümün əvvəlində gəlsəydi, Tanke ilə birlikdə “Kocaelispor”u çempion edərdilər.

Amma indi Ramil hazır deyil və pley-offda çətinlik görünəcək. Üstəgəl, Şeydayevin eqoizmi komandaya problem yarada bilər”.

"Kocaelispor" 55 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR