İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Dağlı azad olanda bunu edəcəm - Orxan Lökbatanlı VİDEO

1209 04.05.2024 20:40 Şou-biznes A A

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm".

Bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib.

O bildirib ki, artıq meyxana deməyəcək.

İfaçı aparıcı Zaur Kamalın "10 min versəm meyxana deməyəcəksən" sualına "Yox, bitdi" cavabını verib.

Orxan Lökbatanlı "Söz verirəm, Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm" deyə, əlavə edib.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR