İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə güləşmək yox, danışmaq zamanı...

1961 08.05.2024 15:23 Yazarlar A A

Dünya dünən bir daha gördü ki, Rusiya prezidentini yıxmaq o qədər də asan olmayacaq - o da and içdi ki, dövləti nəyin bahasına olursa-olsun qoruyacaq-sırada Qərbin ağıllı davranışı olmalı... 

Rusiya prezidenti Vladimir Putin inauqurasiya mərasimindən sonra tədbirə dəvətli iki nəfərlə ayrıca görüşdü. Məktəbdə sinif rəhbəri olmuş 91 yaşlı müəlliməsi və məşhur uşaq cərrahı Leonid Roşayla. Roşayl uzun müddətdir ki, Putinin ictimai dəstəkçiləri sırasındadır. Məşhur həkim prezidentə dedi ki, onu andiçmə mərasimi zalına gələndə pilləkənləri qalxandan sonra müşahidə edib. Putinə rəyini dedi ki, təngnəfəslik hiss etməyib və onun səhhətinin yaxşı olduğu qənaətindədir. Putinə Kremldəki şəxsi həkimlərindən savayı məşhur cərrahdan da bu rəyi eşitmək xoş oldu, “Allaha şükür” deməklə kifayətləndi. Rusiya prezidentinin saytında Roşaylın dediklərini verməyiblər. Yəni 72 yaşlı Putinin belə PR ehtiyacı yoxdur. Putin Yeltsin kimi hər stansiyada qızışmaq üçün badə qaldıran dəmiryolçu olmamışdı, əvvəldən “kruq”unu necə deyərlər sağlam seçmişdi, üstəlik kəşfiyyatçı peşəsi də ona təkcə fiziki deyil, həm də beyin olaraq daima formada qalmağı tələb edib. 

8izMApWPcCryPOdz87KPAaMmaZALKfit.jpg (48 KB)

Noyabrda yenidən prezident seçkilərində iştirak edəcəyi gözlənilən “kollektiv Qərbin lideri” statusunda olan ABŞ prezidenti Co Bayden haqda isə bu rəyi demək olmur. Başqa zaman olsaydı, yəqin ki, Putindən 10 bayram böyük 82 yaşlı Baydenin yaşının gətirdiyi fəsadlar haqda o qədər də ciddi düşünməmək olardı. Bəziləri deyir ki, Amerika kimi oturuşmuş dövlətə guya fiziki sağlamlığı kafi olmayan prezidentin rəhbərliyi də heç nəyi dəyişmir, “dərin dövlət” onun yerinə öz işini görür, qərarlar verir və sairə. 

Yaxın bir qohumum var, Baydendən bir yaş kiçikdir, indiyədək bir dəfə xəstəxanaya düşməyib. Oğlu bu yaxınlarda apardı hərtərəfli müayinə etdirdi. Həkimlər məəttəl qalıblar, adamın əsas həyati vacib orqanları normaldır. Amma yaş yenə öz sözünü deyir. Məsələn, bir şey haqda 10 dəfə soruşur, cavab verirsən yenə soruşur. İndi Baydendə də o yaşlılıq sindromudur, bunu gizlətməyin, ört-basdır etməyin nə mənası var?

Dünyanın partlayışa hazır bir zamanında Bayden kimi prezidentin əlini atom bombasına atıb dünyanın dağıda biləcəyi, əlbəttə lətifədir. Amma sağlam düşünən baş dövlətə də, onun ən başda oturanına  daha çox lazımdır. 

194a3552a10fd7d0f1b411d09cfd2c8a.jpeg (246 KB)

Xəstəliyi səbəbindən son günlər haqqında çox yazılan balaca Çeçenistanın rəhbəri Ramzan Kadırov da Putinin andiçmə mərasimində idi, sonra qısa açıqlama da verdi. Rusiya müxalifətinin əsas ruporlarından olan “Novaya qazeta” silsilə məqalələr yazır bu balaca respublikanın lideri barədə. Məğzi budur ki, Kadırov əlacsız xəstədir, bəs, onu kim əvəz edəcək ki, Şimali Qafqaz regionunda gərginlik yaranmasın və sairə...

Yaxşı, bəs niyə Çeçenistan rəhbərini hələ indidən “qəbirə” qoyanlar, ölümü ilə dünyanın qara geyinməyəcəyi birinin yerinə ən müxtəlif adamların gətiriləcəyi haqda silsilə (amma maraqlı) araşdırma dərc edənlər, dünyanın gözünü dikdiyi Baydenin səhhəti haqda heç bir araşdırma etmirlər? 

1_51631692195.jpg (24 KB)

Putinə iki-üç dəfə söyüb. Dövlət rəhbəri üçün ayıb bir iş. Rusiya prezidenti Kremlin hər otağında yəqin ki, onun rəhmətliklərini “yada salaraq” qarşılıq verib, amma publik olaraq dövlət rəhbəri ağırlığını saxlayıb. Baydenin o sarsaq oğlu da bir ayrı mövzudur. Biz də belə bir məmur oğlu olsaydı Avropa qəzetləri manşetlərə çıxarardılar, Avropa Parlamenti bəlkə də  korrupsiya qətnaməsi hazırlayardı. Amma Baydenin oğlunla bacarmırlar. Trampı da bəyənmirdim, onun da yeri Ağ Ev deyildi. Amma pul hər şeyi olmasa da, seçkidə həlledici rol oynayır. “Tramp, yoxsa Bayden seçimi” olsa, mən iki pisdən biri kimi sabiq prezidenti seçərdim. 

Putin pis-yaxşı seçkini keçirdi və yenidən əksəriyyətin səsini qazanaraq prezident kürsüsünə yiyələndi. Rusiya yaxın illərdə Putinə alternativ axtarmır. Rusiyanın düşdüyü çətin vəziyyətdən çıxarsa, yenə də o bacarar. Bunu rusların əksəriyyəti anlayır. 

txKvpbZm6TEsA28nqum7SbMn4BNOeiRT.jpg (118 KB)

Dünya dünən bir daha gördü ki, Putini yıxmaq o qədər də asan olmayacaq. Putin də and içdi ki, Rusiyanın təhlükəsizliyini və maraqlarını nəyin bahasına olursa-olsun qoruyacaq. ABŞ-da isə seçkinin necə olacağı hələ bilinmir. Baydenin yerini Obamanın arvadına verə biləcəyi haqda danışılır. Yəqin bəziləri düşünür ki, bəlkə Putini qadın lider yola gətirər. O zaman demək Qərb də anlayıb ki, Rusiyanı görməzdən gəlmək, yox etmək kimi xəyallar qurmaqdan bir nəticə hasil olmayacaq. Demək dünyanın üzərində atom təhlükəsi olduğu bir vaxtda güləşmək, söyüşmək yox, anlaşmaq, heç olmasa masa ətrafında normal danışmaq lazımdır...      

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR