İnsanlara hürriyət, millətlərə istiqlal!

"PKK terrorçuları İranda gizlənir" - Yaşar Gülərdən SƏRT İTTİHAM

642 03.05.2024 14:12 Region A A

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “CNN Türk”də qatıldığı proqramda gündəmlə bağlı sualları cavablandırıb.

Musavat.com xəbər verir ki, Gülər Türkiyənin sərhəd qonşusu İranın rəftarını sərt tənqid edib.

Nazir qeyd edib ki, Türkiyə İran sərhədində PKK-ya qarşı mübarizə aparır:

“Terrorçular sərhədi keçərək qaçırlar. İranlı dostlarımızla danışırıq, “Bax qardaş, bu nöqtədən keçdilər, ora getdilər, onları SİHA-larla izləyirik” deyirik. Onlar isə cavab verir: “ora baxdıq, heç kim yox idi”. Bu, doğru yanaşma deyil. Əlbəttə, biz bu durumdan narahatıq”.

“Terroru mənbəyində məhv edəcəyik. Əməliyyatlar tam sürətilə davam edəcək” - deyə Yaşar Gülər PKK-ya və bu terrorçu təşkilatı dəstəkləyənlərə sərt xəbərdarlıq edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR