İnsanlara hürriyət, millətlərə istiqlal!

“O, Ukrayna münaqişəsinə son qoymaq üçün gizli plan hazırlayıb” - SENSASİYA FOTO

1148 04.05.2024 16:13 Dünya A A

2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürən ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəyə sülh yolu ilə son qoymaq üçün gizli plan hazırladığı iddia edilib.

Musavat.com bildirir ki, Britaniyanın “The Telegraph” qəzetində bir mənbəyə əsaslanan xəbər dərc olunub.

Xəbərdə respublikaçı namizəd Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə sonlanmasını nəzərdə tutan bu planı gizli saxlamağa qərar verdiyi və seçkilərdən əvvəl açıqlama verməyəcəyi bildirilib.

“Trampın xəbər kanallarında öz planını müzakirə etmək niyyəti yoxdur, çünki o zaman bütün rıçaqları itirirsən”, – mənbə "Telegraph"a bildirib.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR