İnsanlara hürriyət, millətlərə istiqlal!

May ayı bu BÜRCLƏR üçün çox çətin keçəcək - Xüsusən də ayın 11, 17 və...

5957 03.05.2024 11:47 Astrologiya A A

Zaman-zaman astrologiyada bəxt qapıları bəzi bürclər üçün geniş açılsa da, bəziləri üçün uğursuz anlar yaşana bilir. Mayın ən şanslı bürcləri Buğa, Qız və Oğlaq olaraq bilinib. Bu dəfə isə ayı ən çətin keçirəcək bürclər danışacağıq.

May ayında uğursuzluqlarla üzləşəcək bürcləri təqdim edirik:

Şir (23 iyul -23 avqust)

Bu ay öz qavrayışınızı ortaya qoyacağınız ay ola bilər. Bu səbəbdən iş həyatınızda dəyişikliklərlə qarşılaşa bilərsiniz. Ortaqlıqların, evliliklərin və ya bəzi məhkəmələrin sonlanmağının şahidi ola bilərsiniz. Xüsusilə, bəzi ünsiyyət problemləri ilə qarşılaşacağınız görünür. Hüquqi və akademik həyatınızla bağlı bəzi çətinliklərlə üzləşə bilərsiniz, lakin bu problemləri həll etmək üçün “bildim” deməkdənsə, bir az daha diplomatik davranmağınız faydalı olardı. Xüsusilə 5, 11, 17, 25 və 31 may tarixlərində diqqətli olmaq faydalıdır.

Əqrəb (24 oktyabr - 22 noyabr)

Bu ay həyatınızda bəzi münasibətləri qurmaq lazım gələ bilər. Ev və ya iş həyatınızda yenilənmə ola bilər. Partnerinizin sağlamlığı və ya öz psixi sağlamlığınızla bağlı qəfil narahatlıqlar yaşaya bilərsiniz. Əgər miras, məhkəmə çəkişmələri və ya ev işləri ilə bağlı gündəminiz varsa, bu ünsiyyət problemlərinə diqqətli olmaq faydalı olar. Səhv başa düşə və ya səhv başa düşülə bilərsiniz, xüsusən də söhbət övladlarınızdan və ya qardaşlarınızdan gedirsə. Əgər bu ay ərzində miras, təzminat və ya əməliyyat gözləyirsinizsə, bu sahələrdə müsbət nəticələr əldə edə bilərsiniz. Xüsusilə 5, 11, 17, 25 və 31 may tarixlərində diqqətli olmaq faydalıdır.

Dolça (21 yanvar - 19 fevral)

Bu ayda valideyn, ailə, ev və miras məsələləri həyatınızda böyük yer tuta bilər. Valideynləriniz, uşaqlarınız və ya qardaşlarınızla eqo münaqişələrinə girməmək və onları bildiyiniz faktları qəbul etməyə məcbur etməyə çalışmamaq çox vacibdir. Bu ay dövlət əməliyyatları və ya hüquqi məsələlərlə bağlı qəfil və gözlənilməz vəziyyətlərlə qarşılaşa bilərsiniz. Proses sizin üçün bir az ağrılı ola bilər. Bu ay sizə ən böyük dəstək dostlarınızdan gələ bilər və ayın çətinliklərini unutdura bilər. Xüsusilə 5, 11, 17, 25 və 31 may tarixlərində diqqətli olmaq faydalıdır./BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR