İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hakimiyyətə təkliflərimizi dedik, bizi dinlədiklərini bildirdilər və bununla qürur duyuruq"- Arif Hacılıdan İLGİNC açıqlama FOTO VİDEO

913 04.05.2024 11:52 Siyasət A A

 

"44 günlük müharibə zamanı hakimiyyətə təkliflərimizi verdik. Sevindirici haldır ki, hakimiyyət də bizim təkliflərdən yararlandıqlarını, bizi dinlədiklərini bildirdi. Biz bununla qürur duyuruq".

Musavat.com bildirir ki, bu sözləri Müsavat Partiyasının XI qurultayında partiyanın hazırki başqanı Arif Hacılı deyib.

Arif Hacılı həmçinin Müsavat Partiyasının son 5 il ərzindəki fəaliyyəti barədə hesabatı açıqlayarkən bildirib:

"Son 5 il ərzində Müsavat Partiyası öz fəaliyyətini daim davam etdirib. Partiyamız bu dövr ərzində nizamnamədə nəzərdə tutulduğu kimi hər 3 aydan bir Məclis, hər həftə Divan toplantıları keçirib. Bu toplantılarda həm Azərbaycana aid olan, həm də dünyada, regionda baş verən hadisələrə münasibət bildirmişik.

Pandemiya dövründə çətinliklərə baxmayaraq, partiyamız internet resursları üzərindən fəaliyyətini davam etdirib. Bu müddət ərzində partiyamıza yeni üzvlər daxil olub".

Arif Hacılı 5 il ərzində Müsavat Partiyasının keçirdiyi aksiyalardan da söz açıb:

"Bu müddət ərzində dəfələrlə azad toplanma ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında, həmçinin Rusiya sülhməramlılarının Qarabağa gəlməsinə etiraz olaraq iki dəfə Rusiya səfirliyi qarşısında icazəsiz aksiya keçirmişik. İran səfirliyi qarşısında da aksiya keçirməyə çalışdıq. Lakin özüm də daxil olmaqla partiyanın 50-yə yaxın üzvü saxlanılmışdı və aksiyanın keçirilməsi baş tutmadı".

Arif Hacılı digər bütün partiyalarla müqayisədə Müsavat Partiyasının xarici siyasət sahəsində daha ciddi uğurlar qazandığını deyib:

"İstisnasız olaraq deyə bilərik ki, bu sahədə digər siyasi partiyalardan daha üstünük. İstər Qərbi, istərsə də Şərqi Avropa, MDB ölkələrinin partiyaları ilə sıx əlaqələrimiz var".

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR