İnsanlara hürriyət, millətlərə istiqlal!

Güney Azərbaycanda zorakılığa məruz qalan qadınlar üçün mərkəz bağlanıldı

352 01.05.2024 17:27 Region A A

Cənubi Azərbaycan əyalətinin Urmiya şəhərində zorakılığa məruz qalan qadın və qızlar üçün “Mehr Şəmsafərid” sığınacağı və müdafiə mərkəzi bağlanıb.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

“Mehr Şəmsafərid” qeyri-hökumət sığınacağı, zorakılığa məruz qalan qadınlar üçün kiçik bir mərkəz və bizim canımızdan daha dəyərli olan sığınacaq bağlandı”, - deyə mərkəzin rəhbəri və qadın hüquqları müdafiəçisi Fatimə Babaxani bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik qurumları bir neçə il öncə mərkəzin bağlanacağı ilə bağlı ona xəbərdarlıq edib, habelə ona təzyiq göstəriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR