İnsanlara hürriyət, millətlərə istiqlal!

FED faiz dərəcəsini dəyişməyəcəyini açıqladı; Xammal bazarları çökdü

782 01.05.2024 22:33 İqtisadiyyat A A

ABŞ Federal Ehtiyatlar Sisteminin(FED) bu gün keçirilən iclasında baza dərəcəsinin 5,25-5,5 faiz səviyyəsində saxlanması barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat tənzimləyicinin saytında yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Açıq Bazar Əməliyyatları Komitəsi(FOMC) hədəf dərəcə diapazonunda hər hansı dəyişiklikləri nəzərdən keçirərkən, risklərin perspektivlərini və balansını diqqətlə qiymətləndirəcək. Eyni zamanda, FED inflyasiyanın hədəf 2 faizə doğru hərəkətinə daha böyük inam əldə olunana qədər dərəcə diapazonunun azaldılmasını məqsədəuyğun hesab etmir.

FED-in qərarı xammal bazarlarında, xüsusilə neft bazarında ucuzlaşma prosesini sürətləndirib. Hazırda Londonun ICE birjasında Brent markalı neft 3 dollara yaxın ucuzlaşaraq 83.40 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI nefti 3 dollardan dəyər itirərək 78.90 dollara ticarət olunur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR