İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin 75%-dən çoxu azərbaycanlılarla birgə yaşamağa hazır deyil - Gallup

660 03.05.2024 15:00 Son xəbər A A

Ermənistanda “Gallup International” sorğusunun iştirakçılarının 75,7%-i beynəlxalq strukturların sülh və təhlükəsizliyə təminat verəcəyi təqdirdə azərbaycanlılarla birgə yaşamağa “qətiyyən hazır olmadığını” bildirib.

Musavat.com minval.infoya istinadla xəbər verir ki, bu barədə GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib.

Onun sözlərinə görə, respondentlərin 9,6%-i böyük ehtimalla azərbaycanlılarla birgə yaşamağa hazırdır, 6,2%-i mütləq hazırdır, 6,1%-i kifayət qədər hazır deyil, 2,4%-i isə bu suala cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, eyni sorğu bizim ölkəmizdə də keçirilsə, aşağı-yuxarı eyni cavablar alına bilər və bu təbiidir. Çünki iki ölkənin arasında uzun müddətdir davam edən münaqişə var və sülh müqaviləsinin imzalanması ləngiyir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR