İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Qırmızı beretlilər” elə sevinirlər ki, sanki torpaq azad ediblər 

754 03.05.2024 15:50 Son xəbər A A

“Bizi kəndə buraxmırlar, bu, onların missiyasıdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin deputatı Qarnik Danielyan tərəfindən Kirants kəndinin girişində jurnalistlərlə söhbətində səslənib.

“Ruhani liderin (təxribatçı keşiş Baqrat Qalstanyan - red.) və deputatın kəndə girməsinə mane olurlar. Kimsə desə ki, bura mənim vətənimdir, onun barəsində cinayət işi açıb aparıb zindana salacaqlar. Kəndlərimizdən nə qədər insanı aparıb, qondarma ittihamlarla həbs ediblər. Amma azərbaycanlılar bura gəlib ağa ola bilərlər. “Qırmızı beretlilər” kənddə azyaşlı uşaqları polis bölməsinə aparır, sonra elə sevinirlər ki, sanki torpaq azad ediblər”, - deyə revanşist deputat bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR