İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO

583 03.05.2024 13:34 Şou-biznes A A

Aşıq Əli Tapdıqoğlu "Söhbət var" verilişində qonaq olub.

O, həmkarlarının aşıq sənətini təbliğ etməsindən narazılığını bildirib.

"Bügünkü gündə muğamda olan xalq mahnıları aşıq musiqisindən gəlir. Günah aşıqlarımızdadır. Bunu medianın, insanların üstünə atmayaq. Çünki efirlərdə təbliğini etmirlər. Çağırırlar ifa etməyə sazla başqa-başqa, atası-anası bilinməyən havalar, musiqilər çalırlar. Camaatdan nə narazılıq edə bilərsən ki? Əgər saz sinəndədirsə, onun havası çalınmalıdır. Saza yaxın olmayan havaların çalınması ayıbdır. 

Restoranlarda çalıb oxuya-oxuya masaya yaxınlaşmaq təkcə aşıqlarda deyil. Bu, xanəndələrdə, meyxanaçılarda da var. Sadəcə bu aşıqlarda qabarıq şəkildədir. Ən çox onlar gözə dəyir. Arzu edirəm ki, Allah onlara çörək qapısı açsın, buna ehtiyacı olmasın. Getsin başqa bir işlə məşğul olsun, ya da toyları olsun, o cür restoranlarda oturmasınlar" deyə, Əli vurğulayıb. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR