İnsanlara hürriyət, millətlərə istiqlal!

Beniamin Matevosyan: Paşinyan Tavuş sakinlərinə yeni sərhədin yerini deyə bilmədi

437 01.05.2024 17:38 Region A A


Kəndlərin geri qaytarılmasından sonra Azərbaycan və Türkiyə Ermənistandan nə tələb edə bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Alpha News”da çıxış edən politoloq Beniamin Matevosyan danışıb.

“Bu gün Ermənistan cəmiyyətinin fəal hissəsi Tavuş problemi ilə yaşayır. Strateji əhəmiyyətli “Ermənistan ərazilərinin” (erməni politoloq Azərbaycan torpaqlarını həyasızlıqla belə qələmə verir-red.) Azərbaycanın nəzarəti altına keçməsi problemi yaranıb. Nəticədə Ermənistan Gürcüstanla birləşdirən kommunikasiyaların bir hissəsini itirməklə yanaşı, Ermənistan-Gürcüstan qaz kəmərini təhlükə altına salacaq, həm də Azərbaycanla ən hazırlıqlı döyüş təmas xəttini ləğv edəcək. Üstəlik, gözlənilən güzəştlərin miqyası o qədər böyükdür ki, bir gün əvvəl Nikol Paşinyan Tavuş sakinlərinə yeni sərhədin harada olacağını dəqiq deyə bilmədi.

Lakin problem göründüyündən qat-qat böyükdür: Azərbaycan və Türkiyə mediası demək olar ki, hər gün Bakı və Ankaranın real niyyətlərini əks etdirən xəritələr dərc edir. Dərc olunan materiallardan, Azərbaycan və Türkiyə rəsmilərinin şərhlərindən belə məlum olur ki, Bakı və Ankaranın planları Sünikdən təkcə bir dəhliz əldə etmək deyil, Sünik bölgəsini və bütün Ermənistanı keçid meydançasına çevirməkdir”,-deyə Matevosyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR