İnsanlara hürriyət, millətlərə istiqlal!

Avroviziya təmsilçilərimizin səhnə ŞOUSU - VİDEO

1048 02.05.2024 02:10 Mədəniyyət A A

“Avroviziya 2024”də ölkəmizi təmsil edəcək Fahree və İlkin Dövlətov artıq ikinci məşqlərini ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər “12xal”ın “İnstagram” səhifəsində paylaşılıb.

İfaçılarımızın “Özünlə apar” mahnısının səhnə şousundan 30 saniyəlik görüntülər ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, finalı isə 11 mayda olacaq.

Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.

Həmin görüntüləri təqdim edirik: 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR