İnsanlara hürriyət, millətlərə istiqlal!

10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb

561 04.05.2024 01:38 Dünya A A

Aralarında anası da olmaqla 10-dan çox adamı qətlə yetirməkdə təqsirli bilinən belçikalı keşiş İvo Poppe 27 il əvəzinə 6 il həbsdə yataraq səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılıb.

“Report” xəbər verir ki, bu barədə Belçikanın “De Standaard” qəzeti məlumat yayıb.

Məhkəmə 2018-ci il fevralın 1-də məhkum edilmiş 61 yaşlı (o vaxt) Poppenin həbsdə olarkən cinayətkarın artıq əziyyət çəkdiyi “prostat xərçəngindən adekvat müalicə ala bilmədiyi” üçün azadlığa buraxılması barədə qərar qəbul edib. O artıq 27 illik cəzasının 6 il 3 ayını çəkərək həyat yoldaşının müşayiəti ilə həbsxanadan çıxıb.

İvo Poppenin məhkəməsi dörd ildən çox davam edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR